Təyyarə havada olarkən qapını açmaq istədi və...- TÜKÜRPƏDİCİ OLAY

"Ryanair" təyyarəsində xoşagəlməz hadisə baş verib. Belə ki, Bornmutdan İspaniyanın Girona şəhərinə uçan uçuş zamanı sərnişinlərdən birinin qəza qapısını açmağa cəhd etməsi təyyarənin göyərtəsində kütləvi davaya səbəb olub.
Sfera.az bildirir ki, təyyarə Fransanın Tuluza şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.
Hadisə şahidlərinin sözlərinə görə, ağ köynək və narıncı şortda olan naməlum şəxs tualetə baş çəkdikdən sonra təyyarəni tərk etmək niyyəti barədə qışqıraraq təcili çıxışa tərəf gedib.
"Kişi tualetə gedib, daha sonra təcili yardım qapılarından birini açmağa çalışdı. Sonra o, digərlərini sınamağa getdi.Mən getmək istəyirəm deyə qışqırdı. Elə bu zaman böyük dava düşdü. Onu qapıdan uzaqlaşdırmağa çalışdılar",- şahidlərdən biri deyib.
Təhlükəni dərk edən sərnişinlər onu saxlamağa çalışıblar. Dava zamanı kişi yerə yıxılmadan əvvəl insanlara tüpürüb və yumruqlayıb.
Təcavüzkar sərnişini sakitləşdirmək üçün digər səyahətçilər onun ayaqlarını bağlayaraq təhlükəsizlik kəmərindən istifadə ediblər. Lakin öz yerinə qayıtdıqdan sonra da dava dayanmayıb - kişi yanında əyləşən yaşlı sərnişinin başına vurmaq istəyib.
Sərnişin Devid Malone təyyarədəki xaosu təfərrüatlı şəkildə təsvir edib:
“Təyyarənin ortasında dava başladı. Bu, təxminən 30 dəqiqə davam etdi və bir oğlan özünə nəzarəti tamamilə itirdi - onu saxlamaq üçün üç nəfər lazım idi. Dəhşətli idi, hər yer qan içində idi, insanlar qışqırır, ağlayırdılar".
Təcili eniş
Təyyarə sonda Tuluza hava limanına məcburi eniş edib. Hava limanından çəkilmiş görüntülərdə dörd polis əməkdaşının cinayətkarı əlləri qandallı çıxararaq uçuş-enmə zolağında qoyub getdiyi görünür. Pilot təxminən iki saat gecikmə ilə Girona yoluna davam edib.
Daha sonra “Ryanair”in sözçüsü hadisəyə münasibət bildirib:
"Ryanair” sərnişinlərin qeyri-münasib davranışlarına qarşı ciddi sıfır dözümlülük siyasətinə malikdir, bütün sərnişinlərin və ekipajın hörmətli və stresssiz bir mühitdə səyahətini təmin edir".






