Bu ölkə İsraillə silah ticarətini dayandırdı

Bu ölkə İsraillə silah ticarətini dayandırdı
Kateqoriya məlum deyil
T

İspaniya hökuməti Qəzzadakı hücumlara cavab olaraq İsraillə silah ticarətini tamamilə qadağan etdi. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Pedro Sançez qərarı açıqlayaraq, İsrailə silah daşıyan gəmilər və təyyarələrin İspaniya liman və hava limanlarına girişinin də qadağan olunduğunu bildirib. 


İspaniya mətbuatına görə, Nazirlər Kabinetinin təsdiqləməsi gözlənilən səkkiz maddədən ibarət qərarnamə çərçivəsində Fələstin Milli İdarəsi və BMT Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) yardımlar artırılacaq, işğal altındakı Fələstin torpaqlarında istehsal olunan İsrail məskunlaşma məhsullarına isə embarqo tətbiq ediləcək.


Baş nazir Sançez televiziya çıxışında qərarın əsas məqsədini Qəzzadakı müharibəni dayandırmaq, müharibənin törədicilərinin arxasınca düşmək və Fələstin xalqını dəstəkləmək olduğunu açıqlayıb.


Sançez, qərarın tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Baş nazir müavini və Əmək naziri Yolanda Diaz isə sosial media hesabında “İspaniya Səfirlyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir” mesajını paylaşıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR