Amerikalılar Trampla bağlı nə düşünür? – SORĞU

ABŞ-də keçirilən son sorğu prezident Donald Trampın fəaliyyətinə dair ictimai rəyləri üzə çıxarıb.
Sfera.az xəbər verir ki, “CBS News” və “YouGov” tərəfindən aparılan sorğuya görə, iştirakçıların 56 faizi Trampın prezidentlik fəaliyyətini mənfi qiymətləndirib.
Respondentlərin 67 faizi onun səlahiyyətlərini həddindən artıq genişləndirdiyini düşünür.
Trampın bəzi şəhərlərə Milli Qvardiya göndərilməsi qərarını dəstəkləməyənlərin faizi 58 olub. Onun miqrasiya siyasətinə qarşı çıxanlar isə 54 faiz təşkil edib.
Rusiya–Ukrayna müharibəsi ilə bağlı rəylərdə də parçalanma müşahidə olunub. Sorğu iştirakçılarının 27 faizi Trampın bu münaqişədə sülhə nail ola biləcəyini düşünür, 43 faiz isə əksinə, döyüşlərin davam edəcəyini hesab edir.
İqtisadi göstəricilərlə bağlı nəticələr də diqqət çəkib. Respondentlərin 64 faizi Trampın inflyasiya ilə mübarizə siyasətini dəstəkləməyib. Sorğu iştirakçılarının yarısı isə şəxsi maliyyə durumlarının onun hakimiyyəti dövründə daha da pisləşdiyini qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






