Tramp Putinə zəng edəcək

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinə zəng etmək niyyətində olduğunu bildirib.
Sfera.az xəbər “Röyters”ə istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ liderindən sentyabrın 7-nə keçən gecə Ukraynaya endirilən zərbə ilə bağlı fikrini soruşublar. Tramp Ukraynada hərbi əməliyyatların davam etməsindən narazı olduğunu təkrarlayıb. O bir daha əlavə edib ki, onun administrasiyası münaqişəyə son qoymaq niyyətindədir.
Eyni zamanda ABŞ prezidenti Avropa liderlərinin ştatlara gəlişini elan edib. O, konkret kimin Vaşinqtona səfər edəcəyini açıqlamayıb, lakin əlavə edib ki, liderlər gələcəklər. Görüşlər isə bazar ertəsi və ya çərşənbə axşamı baş tuta bilər.
Əzizə






