“Saxlanılan” qazaxıstanlı nazir danışdı: “Bu yalandır” - VİDEO

Kateqoriya məlum deyil
T
“Bu, yalan və absurddur. Mənim hətta şərh verəcəyim heç nə yoxdur”.
Sfera.az xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu onun guya saxlanılması ilə bağlı yayılan şayiələri şərh edərkən deyib.
Xatırladaq ki, bundan əvvəl “Orda.kz” nəşri M. Nurtleu və bir sıra yüksək vəzifəli məmurların guya saxlanılması barədə məlumat yaymışdı.
Daha sonra bu məlumatlar dövlət səviyyəsində təkzib olunub.






