Antalyada otellərə yaxın ərazidə meşə yanır
Kateqoriya məlum deyil
Antalyada otellərə yaxın ərazidə meşə yanır.
Antalyanın Kemer rayonunun Kiriş məhəlləsində meşəlik ərazidə yanğın başlayıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Əraziyə Antalya Meşə Təsərrüfatı İdarəsinə məxsus 2 helikopter, 1 təyyarə, 8 yanğınsöndürmə maşını, 3 su təchizat maşını, 2 ilkin müdaxilə vasitəsi və çox sayda işçi cəlb olunduğu bildirilib.
///apa






