Çinin Şenzen şəhərində yerləşən “Arashi Vision Inc” texnologiya şirkəti "Milyon Yuan Arıqlama Klubu" ilə məşhurlaşıb.
Sfera.az bildirir ki, təşəbbüs işçilərin müntəzəm idman və balanslaşdırılmış pəhriz vasitəsilə sağlam həyat tərzi sürməyə həvəsləndirilməsidir.
Qaydalar sadədir: şirkətin bütün işçiləri itirilən hər 0,5 kq çəkiyə görə 500 yuan və ya təxminən 70 ABŞ dolları pul mükafatı ala bilərlər.
2022-ci ildən bəri şirkət ümumilikdə təxminən 2 milyon yuan (280.000 ABŞ dolları) paylayaraq müsabiqənin yeddi mərhələsini keçirib. Təkcə son bir il ərzində kampaniyada 99 işçi iştirak edib, onlar birlikdə 950 kq arıqlayıb və bir milyon yuan pul mükafatı alıblar. Maraqlıdır ki, müsabiqənin şərtlərinə yenidən kökəlmiş iştirakçılar hər 0,5 kq çəkiyə görə 800 yuan cərimə ödəməlidirlər. İndiyədək heç kim belə cəzaya məruz qalmayıb.
Şirkətin Xie Yaqi adlı əməkdaşı pəhrizi diqqətlə izləyib. O hər gün 1,5 saat idman edib və üç ayda 20 kq arıqlayıb. Nailiyyətlərinə görə o, 20.000 yuan və ya təxminən 2.800 dollar məbləğində pul mükafatı və "çempion" titulunu alıb.
AYNİL