Zaxarova: “Avropa İttifaqı tarixi yenidən yazaraq özünü məhv edir”

“Avropa Birliyi ölkələri tarixi hər gün yenidən yazmaqla özünü məhv etmək yoluna qədəm qoyur”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Aİ nümayəndələrinin paradlarda iştirak etməməsi onların özünü ifşasıdır:
“Onlar özlərini insan kimi deyil, nasizm ideologiyasının təbliğatçıları, irqi bərabərsizliyin daşıyıcıları və milli zəmində ayrı-seçkilik edən elita kimi təqdim edirlər. Bu siyasət “qızıl milyard” anlayışı üzərində qurulub-guya bir qrup inkişaf etmiş ölkə gözəl bağda yaşayır, qalanları isə vəhşi meşələrdə qalır”.
Zaxarovanın sözlərinə görə, tarix bir elmdir və sübut olunmuş faktlardan ibarətdir:
“Tarixdən imtina fizika və kimyanın qanunlarını danmaq kimidir. Onun dərslərini görməməzliyə vurmaq faciəvi nəticələrə gətirir. 85 il əvvəl sərhədi keçdilər, indi eyni səhvi təkrarlasalar, daxildən məhv olacaqlar”.
Fidan Hacızadə
Sfera.az






