İsrail: Husilərin kimyəvi silah planlarına sərt cavab veriləcək

Kateqoriya məlum deyil
T
“İsrail husilərin öz vətəndaşlarına qarşı kimyəvi silah tətbiq etmə ehtimalına cavab verməyə hazırdır”.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman müsahibəsində deyib.
“Biz xalqımızın təhlükəsizliyini hədəf alan istənilən təhlükəyə qarşı tədbir görəcəyik”, – deyə o, Yəməndə husilərin kimyəvi silah istehsalı ilə bağlı xəbərləri şərh edərkən bildirib.
Xatırladaq ki, Yəmənin informasiya naziri Müəmmar əl-İryani daha əvvəl husilərin ölkə ərazisinin bir hissəsinə nəzarət edərək İrandan qaçaqmalçılıq yolu ilə gətirilən komponentlər vasitəsilə kimyəvi silah hazırlamağa başladığını açıqlamışdı.
Fidan Hacızadə
Sfera.az






