Böyük Britaniyada Kent hersoginyası Ketrin Lüsi Meri Uorsli 92 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.
Britaniya kral ailəsinin ən yaşlı nümayəndəsi Kensinqton sarayında ailəsinin əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, Ketrin 1961-ci ildə kraliça II Elizabetanın əmisi oğlu Eduardla ailə qurub.
On ildən çox müddətdə dövlət məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərib. O, 2004-cü ildə aztəminatlı ailələrdən gələn uşaqlara musiqidə inkişaf imkanı yaratmaq məqsədilə “Gələcək istedadlar” adlı xeyriyyə təşkilatını təsis etdi.
2022-ci ildə kraliça II Elizabeta dünyasını dəyişdikdən sonra Ketrin kral ailəsinin ən yaşlı üzvünə çevrilmişdi.