Hindistan və Rusiyanı Çinə uduzduq - Tramp

Kateqoriya məlum deyil
T
“Vaşinqtonun hazırda Çinin təsir dairəsində olduğu iddia edilən Hindistan və Rusiyanı itirib”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
Tramp paylaşımına Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi ilə birgə fotosunu da əlavə edib.
“Deyəsən, biz Hindistan və Rusiyanı ən qaranlıq və ən dibsiz Çinə uduzmuşuq. Onların birlikdə uzun və firavan gələcəyi olsun!”, – deyə ABŞ lideri yazıb.
Fidan Hacızadə
Sfera.az






