ABŞ-dən yeni viza qərarı – Məhdudiyyət tətbiq olundu

ABŞ Dövlət Departamenti Mərkəzi Amerika ölkələrinin vətəndaşlarına qarşı yeni viza siyasətini elan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, partiyaya dəstək verən və ya maliyyələşdirən şəxslərə viza məhdudiyyəti tətbiq olunacaq.
Açıqlamada qeyd olunub ki, yeni qaydalar “ÇKP adından fəaliyyət göstərən, bölgədə hüququn aliliyinə zərər verən fəaliyyətləri yönləndirən, təsdiqləyən, maliyyələşdirən və ya mühüm dəstək göstərən” şəxslərə şamil ediləcək.
Departament həmçinin bildirib ki, artıq ÇKP ilə əməkdaşlıqda adı hallanan bəzi Mərkəzi Amerika vətəndaşlarına qarşı məhdudiyyət tədbirləri görülüb. Həmin şəxslərin və onların birinci dərəcəli ailə üzvlərinin ABŞ-yə girişinə icazə verilməyəcək.
Bəsti Rəfizadə
Sfera.az






