Zəngin, lakin tənha: Giorgio Armani vəfat etdi

Zəngin, lakin tənha: Giorgio Armani vəfat etdi
Kateqoriya məlum deyil04.09.25, 19:5720 👁️
T

20-ci və 21-ci əsrlərin ən nüfuzlu modelyerlərindən biri olan Giorgio Armani 4 sentyabr 2025-ci ildə 91 yaşında vəfat etdi. O, öz moda imperiyasını yaradıb, bu, zəriflik və italyan üslubu ilə əlaqələndirilir. Giorgio Armani səhhətinə görə Milanda və Parisdə keçirilən Moda Həftələrində iştirak edə bilməyib, bir müddətdən sonra vəfat edib.

 

Sfera.az məşhur dizaynerin şəxsi həyatı və taleyindən bəhs edən yazı təqdim edir. Giorgio Armani italyan modelyer və sahibkar, dünyanın ən nüfuzlu dizaynerlərindən biri və “Armani” moda evinin yaradıcısıdır. 1934-cü il iyulun 11-də Piacenzada anadan olub.

 

Armani məxfiliyi ilə tanınırdı, lakin o, biseksual sayılırdı. O, heç vaxt evlənməyib və övladı olmayıb. 1975-ci ildə Sergio Qaleotti ilə birlikdə “Giorgio Armani S.p.A.” şirkətini qurub. Qaleotti 1985-ci ildə vəfat edən iş ortağı və yaxın dostu idi.

 

Moda ilə yanaşı, idmanla da maraqlanırdı - o, “Olimpia Milano” basketbol klubunun prezidenti idi və İtaliya olimpiyaçıları və futbol komandaları üçün formalar yaratmışdı. Giorgio Armani təxminən 9,5 milyard ABŞ dolları şəxsi kapitalı ilə ən zəngin italyanlardan biri idi. “Armani Exchange” və “Emporio Armani” brendlərinin daxil olduğu “Giorgio Armani SpA” şirkəti 2024-cü ildə 2,3 milyard avro (təxminən 2,7 milyard dollar) gəlir əldə edib.

 

Armani yeganə müstəqil səhmdar olaraq qalıb və şirkətə onilliklər ərzində nəzarət edərək onu iri korporasiyalardan və birləşmələrdən müstəqil saxlayıb. 2016-cı ildə o, sabitliyi və biznesin gələcək inkişafını təmin etmək üçün ölümündən sonra “Armani Qrupun” aktivlərini idarə etmək üçün fond yaradıb.

 

AYNİL

PAYLAŞ
Sehliyali
Yüklənir...