Rusiyada yenə güclü zəlzələ oldu

Rusiyada yenə güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
T

Rusiyanın şərq hissəsində yerləşən Kamçatka bölgəsində güclü zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanların maqnitudası 6 bal gücündə olub.

 

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 233 kilometr aralıda yerləşib. Bildirilir ki, təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR