Çin lideri dünyaya bu mesajı ötürmək istəyib - RƏY

Çin lideri dünyaya bu mesajı ötürmək istəyib - RƏY
Kateqoriya məlum deyil
T

Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, hazırda dünya sülh və müharibə arasında seçim qarşısındadır. Onun sözlərinə görə, insanlıq üçün ali məqsəd olan sülh və inkişaf mütləq qalib gələcək.

 

Liderin bu çıxışı hər hansı gələcək təhlükənin göstəricisi ola bilərmi?

 

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Çin liderinin bu bəyanatı İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş paradda səsləndirməsi təsadüfi deyil: 


“Həmin tədbirdə onun yanında Rusiya və digər qonşu ölkələrin nümayəndələri də iştirak edirdi. Çin eyni zamanda bu paradda yeni hərbi arsenalını nümayiş etdirirdi. Belə bir şəraitdə bu açıqlamanın verilməsi, dünyanın müharibə ilə sülh arasında seçim qarşısında olduğu mesajını əks etdirirdi. Paradda iştirak edən qonaqları da nəzərə aldıqda, aydın olur ki, Çin bu çıxışı ilə xüsusi ismarıc göndərirdi.

 

Qərb yarımkürəsində və ona yaxın regionlarda davam edən münaqişələrin, xüsusilə Ukrayna, eləcə də İsrail və onun ətrafında yaşanan gərginliklər fonunda Çin lideri ölkəsini həm güclü, həlledici aktor kimi təqdim etməyə, həm də sülhün təminatçısı obrazında göstərməyə çalışdı.Çünki bu bəyanatı məhz Çin lideri səsləndirir və beləliklə, əgər dünya müharibə ilə sülhün astanasındadırsa, Çin də güclü iqtisadiyyatı və beynəlxalq mövqeyi ilə qlobal sabitliyin təminatçısı olduğunu xatırlatmaq istəyir”.

 

Ü.Zülfiqar qeyd edib ki, Çinin yaxınlığında da müxtəlif proksi müharibələr davam edirdi:

 

“Bu vəziyyətdən sonra Pekin tərəfi beynəlxalq gündəmdə daha aktiv görünmək üçün bəzi addımlar atmağın və bəyanatlarla çıxış etməyin vacibliyini dərk edib. Beləliklə, Çin liderinin həmin açıqlamasını birbaşa müharibə xəbərdarlığı kimi deyil, daha çox Çinin qlobal mövqeyini və rolunu vurğulamaq cəhdi kimi qiymətləndirmək mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR