İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb


İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb
Kateqoriya məlum deyil02.09.25, 20:00262 👁️
T

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.

 

Sfera.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.

 

"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə axşamı ehtiyatda olan hərbçilərə müraciət ünvanlayıb.

 

"Mən sizə – İsrail Müdafiə Ordusunun əsgərlərinə, ehtiyatçılara və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda biz həlledici mərhələdəyik. Sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir", – deyə Netanyahu videomüraciətində qeyd edib. \Report

PAYLAŞ
Sehliyali
Yüklənir...