Ursula fon der Lyayenin təyyarəsində problem yarandı - Rusiyadan şübhələnirlər

Ursula fon der Lyayenin təyyarəsində problem yarandı - Rusiyadan şübhələnirlər
Kateqoriya məlum deyil
T

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" anonim mənbələrə istinadən məlumat verib.

 

Avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə aparan təyyarəyə elektron hücumlar GPS sistemini sıradan çıxarıb.

 

Pilot bu səbəbdən kağız xəritəyə baxaraq hava limanına eniş edib.

 

Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın baş naziri ilə silah-sursat zavodunu ziyarət etmək üçün səfər edib.

 

Qeyd olunur ki, fon der Lyayen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR