Kiyev MDB-dən uzaqlaşır - Rusiya nümayəndəsi

Kiyev MDB-dən uzaqlaşır - Rusiya nümayəndəsi
Kateqoriya məlum deyil
T

Ukrayna yüzlərlə razılaşmada qaldığı halda, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində çoxtərəfli fəaliyyətlərdə iştirakını məhdudlaşdırmaq niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın MDB orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov TASS-a müsahibəsində bildirib.

 

“Bu arada Kiyev hakimiyyəti MDB çərçivəsində əməkdaşlığı yekunlaşdırmaq qərarına gəlib", - o qeyd edib.

 

Qrozovun sözlərinə görə, rəsmi olaraq Kiyev Birlikdən çıxmayıb, lakin bütün sahələrdə çoxtərəfli sazişlərdən çıxmağa doğru irəliləyir. O əlavə edib ki, Ukraynanın yüzdən çox sazişdə rəsmi iştirakına baxmayaraq, ölkə MDB-nin himayəsi altında çoxtərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində bütün işləri faktiki olaraq dayandırıb.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR