75 yaşlı qadının öz dişindən düzəldilən linza ilə görmə qabiliyyəti bərpa edildi

Kanadalı Gail Lane (Leyn) on illik görmə itkisindən sonra öz dişindən düzəldilmiş lens sayəsində görmə qabiliyyətini bərpa edib.
Sfera.az bildirir ki, “Diş gözü əməliyyatı” kimi tanınan bu qeyri-adi prosedur qadın üçün möcüzə olub. İndi o, rəngləri və sevdiklərinin üzlərini tanıya bilir.
Leyn Kanadada bu qeyri-adi proseduru keçirən ilk xəstə olub.
Özünəməxsus adı ilə diqqəti cəlb edən proseduru izah edən Leyn “Bu, möcüzə kimidir” deyir. 50 il əvvəl İtaliyada hazırlanmış bu prosedur Kanadaya yeni gəlib.
Fevral və may aylarında həyata keçirilən iki mərhələli əməliyyatdan sonra Leynin görmə qabiliyyəti yavaş-yavaş qayıtmağa başlayıb.
O, əvvəlcə işığı, sonra rəngləri görə bilib. Təxminən bir ay əvvəl avtomobil və mebel kimi obyektlər diqqət mərkəzində olmağa başlayıb. Viktoriyada yaşayan Leynin görə bildiyi ilk şey sevgilisi Filin qara iti Piperin yellənən quyruğu olub.
"Mən Piperin quyruğunu görə bilirdim. Onun bütün bədənini yox, quyruğunu" deyə Leyn bildirib. "İndi mən onun üz cizgilərini görürəm. Çənəsinin altından çıxan ağ bığları görürəm. İndi onun gözlərini görürəm".
Leyn 64 yaşına qədər tam görmə qabiliyyətinə malik olub. Ancaq nadir bir dərman reaksiyası onun gözlərində çapıqlara səbəb olub və görmə qabiliyyətini itirib. On il sonra onun görmə qabiliyyətini bərpa etmək uzun və bəzən də qorxulu proses olub. Lakin Leyn təcrübəyə görə minnətdardır.
Bu qeyri-adi proseduru Kanadaya gətirən şəxs Vankuverdəki Mount Saint Joseph Xəstəxanasının Providence Health oftalmoloqu Dr. Greg Moloneydir. Moloney Avstraliyada yeddi xəstə üzərində əməliyyat keçirdikdən sonra 2021-ci ildə Vankuverə köçüb. Leyn isə bu il Kanadada üç xəstədən birincisi olub. Digər xəstələrin görmə qabiliyyəti fərqli nisbətlərdə qayıdır.
Əməliyyatın birinci mərhələsində xəstələrin köpək dişləri çıxarılır, formalaşdırılır, mərkəzlərində deşiklər açılır və plastik linzalar qoyulur. Dişlər üç ay ərzində onların yanaqlarına tikilir ki, onların ətrafında toxumalar inkişaf etsin. May ayında keçirilən ikinci əməliyyatda Leynin zədələnmiş irisi gözündə diş və toxuma ilə əvəz edilib. Plastik lens işığın gözün arxasına çatmasına imkan verir.
Aysel








