Turistlərin və bloqqerlərin əlindən bezən fermerlər qeyri-ənənəvi həll yolu tapıblar - FOTOLAR

Turistlərin və bloqqerlərin əlindən bezən fermerlər qeyri-ənənəvi həll yolu tapıblar - FOTOLAR
Kateqoriya məlum deyil
T

İtaliya və Avstriya sərhəddində yerləşən Dolomit Alp dağlarının sakini əkinçilik ərazisindən keçən marşrutlar üzrə daimi səyahətçi axınından beziblər. Sonra bir fermerin ağlına turniket quraşdırmaq fikri gəlib ki, inanılmaz mənzərələri görmək istəyən hər kəs giriş üçün pul ödəsin.

 

Sfera.az xəbər verir ki, bu qərara səbəb yerli fermerlərə zərər verən turistlərin və bloqqerlərin kütləvi axını olub.

 

Ödənişli girişi olan turniketlərin quraşdırılması ideyası turistlərin daimi “reydlərindən” əziyyət çəkən bir yerli fermerə məxsus olub. Turistlər ən çox onun otlaq sahələrinə ziyan vurublar, burada məşhurlar pikniklər, fotosessiyalar və kameralar qarşısında əyləniblər.

 

Alto Adige Alp Klubunun prezidenti Karlo Zanella deyir ki, turniketlərlə bağlı ideya bütün yaxınlıqdakı fermerlər tərəfindən bəyənilib. Adam əlavə edir ki, bu sistem mükəmməl işləyir. 

 

"Turniketləri iyulun əvvəlində bir fermer quraşdırıb. Əsas problem odur ki, bəzən çəmənliklərə gəzməyə və ya piknik etməyə gələn qonaqlar olur və bununla da otu zədələyirlər ki, fermer daha sonra əlavə ot biçməli olur". 

 

Zanellanın sözlərinə görə, yerli hakimiyyət orqanları turist problemlərinin həlli yollarını artıq müzakirə ediblər, lakin hələlik qərar qəbul etməyiblər. O hesab edir ki, turist axınını azaltmağın ən yaxşı yolu diqqəti başqa, daha da gözəl yerlərə yönəltməkdir.

 

"Mən turist axınının əleyhinəyəm, çünki onlar demək olar ki, həmişə əraziyə aidiyyatı olmayan şeylər deyirlər və dağları olduğundan fərqli göstərirlər. Onları ancaq reklam pulu maraqlandırır" - deyə Zanella bildirib.

 

Aysel

 

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR