Maykl Ceksonun oğlu evlənir: Onun haqqında nə məlumdur - FOTOLAR

Maykl Ceksonun oğlu evlənir: Onun haqqında nə məlumdur - FOTOLAR
Kateqoriya məlum deyil
T

Popun mərhum kralı Maykl Ceksonun böyük oğlu, 28 yaşlı Prince (Şahzadə) Cekson “İnstaqram”da nişanlandığını elan edib. O, şad xəbəri paylaşaraq sevgilisi Molli Şirmanqla evlənəcəyini açıqlayıb.
 

Sfera.az bildirir ki, əfsanəvi pop kralı Maykl Ceksonun oğlu səkkiz illik münasibətdən sonra sevgilisi Molli Şirmanqla nişanlandığını elan edib. O, sosial şəbəkələrdə silsilə romantik fotolar yerləşdirərək, gələcəklə bağlı emosional paylaşım edib.
 

"Səkkiz ildir və əbədidir. Molli ilə mən birlikdə çox vaxt keçirmişik və çoxlu unudulmaz xatirələrimiz var. Dünyanı gəzmişik, birlikdə öyrənmişik və böyümüşük. Böyüməyə və gözəl xatirələr yaratmağa davam etdikcə mən həyatımızın bu yeni fəslini səbirsizliklə gözləyirəm. Səni sevirəm, balam" - deyə Şahzadə “İnstaqram” səhifəsində yazıb.
 

Şahzadə Cekson Molli ilə xoşbəxt anlarını paylaşıb.
 

Başqa bir fotoşəkildə cütlük Kaliforniyanın Encino şəhərində nənələri, 95 yaşlı Ketrin Cekson ilə birlikdə təsvir edilmişdir.
 

Hələlik toy tarixi açıqlanmayıb.
 

Şahzadə daha əvvəl məşhur atasının həyatına təsirindən danışmışdı. Əvvəlki müsahibələrində o, Maykl Ceksonun sayəsində dünyanı gəzmək imkanı qazandığını və unikal təcrübələr qazandığını qeyd etmişdi.
 

"Məni minnətdarlıq və sevgi bürüdü. Atamın sayəsində dünyanı gəzərək böyüdüm və o, fiziki olaraq ətrafımda olmasa da, hələ də onun sayəsində dünyanı görmək və onu yaşamaq imtiyazına sahibəm" - deyə Şahzadə bildirib.
 

Maykl Ceksonun Övladları
 

Maykl Cekson iki dəfə: 1994-1996-cı illərdə Liza Mari Presli və Paris Cekson və Şahzadənin anası Debbi Rou ilə (1996-2000) evli olub.
 

Qeyd edək ki, sənətçi Londonun O2 Arenasında 50 konsertə hazırlaşarkən Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ürəyi dayanıb. Pop-kralın irsi son illərdə bir sıra iddialar, o cümlədən “Leaving Neverland” (2019) sənədli seriyası fonunda araşdırılır.

 

Aysel

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR