ABŞ-də yeni viza qaydası: Ölkədə qalma müddəti azaldılır

Kateqoriya məlum deyil
T
ABŞ-də Donald Tramp administrasiyası viza sahiblərinin ölkədə qala biləcəkləri müddəti məhdudlaşdırmağı nəzərdə tutan yeni qaydalar hazırlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) yaydığı məlumata görə, layihə qüvvəyə minəcəyi halda, əsasən xarici tələbələr və mədəniyyət mübadiləsi proqramlarının iştirakçıları ABŞ-də ən çox 4 il qala biləcəklər.
Bundan əlavə, xarici jurnalistlərin viza müddətinin 240 günlə məhdudlaşdırılacağı da vurğulanıb.
Layihənin qəbul edilib-edilməyəcəyi yaxın günlərdə müzakirə olunacaq.
Bəsti Rəfizadə
Sfera.az






