Logo

Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyirlər

Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya vətəndaşlarının 3/4-ü Belarusla viza rejiminin tətbiq edilməsini dəstəkləyir. Respondentlərin 60%-ə yaxını isə bu ölkəyə təbii qazın aşağı qiymətlə satılmasının əleyhinədir.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu nəticələr Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzinin keçirdiyi sorğu zamanı ortaya çıxıb.

Sorğuda iştirak edənlərin 78%-i Belarusla viza rejiminin tətbiqini dəstəkləyib, bunların mütləq əksəriyyəti 18-24 yaş arası olan respondentlərdir. 56% respondent Belarusa neft və qazın aşağı qiymətlərlə satılmasına qarşı çıxıb.
 
Rusiyalıların 40%-i Belarusu dost ölkə hesab edir. (2008-ci ildə bu göstərici 50% idi.) Sorğu iştirakçıların 4%-i Belarusu rəqib kimi, 3%-i isə düşmən kimi görür.
 
8-9 fevral tarixlərində keçirilən sorğuda 1200 respondent iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR