Kim Çen In, Cinpin və Putin bir araya gələcək

Kateqoriya məlum deyil
T
Şimali Koreya lideri Kim Çen In, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə gələn həftə İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Pekində keçiriləcək hərbi paradda iştirak edəcək.
Sfera.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Kanal bildirib ki, artıq Şimali Koreya və Rusiya liderləri tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər. ABŞ və Qərbi Avropadan iştirak gözlənilmir.
Rusiya, Çin və Şimali Koreya liderləri arasında üçtərəfli görüş barədə hələlik məlumat yoxdur.






