Böyük bir şəhər nəhəng qum fırtınasının əsiri oldu - FOTOLAR

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Phoenix (Arizona) nəhəng qum fırtınasına tutulub, bundan sonra güclü leysan yağıb. Nəticədə yerli infrastruktura ciddi ziyan dəyib, 40 mindən çox ev işıqsız qalıb.
Sfera.az xəbər verir ki, təbii fəlakət nəticəsində yerli hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar ləğv edilib.
Haboob kimi tanınan bu növ qum fırtınası elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub: 40-52 min abonent işıqsız qalıb. Həmçinin bildirilir ki, toz və qum buludu keçdikdən sonra bir sıra yerləri su basıb.
Phoenix Sky Harbor Beynəlxalq Hava Limanının elektrik enerjisi kəsilib və bütün uçuşlar ləğv edilib. Ən azı 62 reysin dayandırıldığı, onlarla uçuşun gecikdiyi bildirilir. Görünüşün tamamilə itdiyi küçələr qum pərdəsi ilə əhatə olunub. Sakinlər sosial şəbəkələrdə foto və videolar yayımlayıblar.
Alimlər nə deyir?
Meteoroloqlar xatırladırlar ki, toz fırtınaları insan sağlamlığı üçün təhlükəlidir - onlar havanın keyfiyyətini pisləşdirir və tənəffüs yollarında problemlər yaradır, güclü külək isə qəza riskini artırır. Mütəxəssislər mümkünsə evdə qalmağı, yaxud maska və və qoruyucu eynəkdən istifadə etməyi məsləhət görür.
“Habub” əmələ gəlməsi fenomeni güclü küləklər quru ərazilərdən nəhəng qum və toz kütlələrini havaya qaldırdıqda baş verir. Hündürlüyü 3 km-ə, küləyin sürəti isə 80-110 km/saata çata bilər.
Gilbert şəhərinin sakini, təqaüdçü professor Riçard Filli bu fenomeni müşahidə etdiyini bildirib. O əlavə edib ki, özü xəsarət almayıb və bu fırtınanın artıq keçdiyinə sevinir.
Keçmiş professor mediaya müsahibəsində deyib: "Əgər siz habubların fotolarına baxsanız - onlar dağıdıcı da olsa, valehedicidir. Bəzi mənalarda hətta gözəldir".
O bildirib ki, toz fırtınası ağacları silkələyib və quş yuvalarını uçurub. Onun sözlərinə görə, incə toz evin içinə hər kiçik çat və yarıqlardan sızıb.
Aysel








