Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı

Kateqoriya məlum deyil
T
Türkiyənin Adana şəhərində körpüdən keçərkən telefonu suvarma kanalına düşən gənc oğlan onu götürmək üçün suya girib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, suya girən gənc telefonunu axtararkən qəfildən yoxa çıxıb.
Onun itdiyini görən ətrafdakılar hadisə barədə polisə məlumat veriblər.
Hadisə yerinə dəniz polisinin dəstələri gəlib, axtarışlara başlanıb.
Təxminən bir saatlıq axtarışlardan sonra gənc oğlanın meyiti tapılıb.






