“Rusiya və Ukrayna arasında əlaqələr var” - Peskov

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna müzakirə heyətlərinin rəhbərləri əlaqədədır və işlər davam edir. Peskov qeyd edib ki, müharibənin sona çatması ilə bağlı proses hələ davam edir və Kreml hələ yeni raund üçün dəqiq tarix verə bilmir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tuta biləcək görüşün “yaxşı hazırlanmalı” olduğunu vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya qarşıdurmanın siyasi və diplomatik yollarla həllinə dair qərarlılığını davam etdirir və Ukraynadan da qarşılıqlı addımlar gözləyir. ABŞ Prezidenti Donald Trampın sülh prosesinə töhfəsini də mühüm sayan Peskov, bunun Ukraynadakı mürəkkəb vəziyyətin həllinə kömək edə biləcəyini bildirib.
Sözçü, Ukrayna üçün irəli sürülən təhlükəsizlik zəmanətlərinə Rusiyanın mənfi yanaşdığını da qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






