ABŞ ən yüksək tarifi Hindistana tətbiq etdi

ABŞ Prezidenti Donald Trampın Hindistandan idxala tarifləri iki dəfə artıraraq 50%-ə çatdırılma qərarı qüvvəyə minib.
Sfera.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Bildirilir ki, bu qərarın səbəbi Hindistanın Rusiya neftini almaqda davam etməsidir. Bu addım əsrin əvvəlindən sonra strateji tərəfdaşa çevrilən iki ölkə arasındakı əlaqələrə ciddi zərbə vurub.
Qeyd olunur ki, yalnız bəzi sahələr — xüsusilə elektronika ixracı və dərman sənayesi — istisna edilib. Bu, “Apple”ın Hindistandakı zavodlarına yatırdığı iri sərmayələri müvəqqəti olaraq qorumağa imkan verir. Tariflərin qaldırılmasından ən böyük zərbə isə tekstil və zinət əşyaları sahələrinə dəyəcək.
Qeyd edək ki, bu, ABŞ-nin tətbiq etdiyi ən yüksək tariflərdən biridir. Bu tarif Braziliya və Çinə də tətbiq olunur.
Firuzə Əliyeva
Sfera.az






