"ABŞ-Rusiya gərginləşməsi bütün dünyaya təsir edəcək" - Politoloq

"ABŞ-Rusiya gərginləşməsi bütün dünyaya təsir edəcək" - Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi həll olunmayacağı təqdirdə Rusiya ilə “iqtisadi müharibəyə” hazır olduğunu bəyan edib.

 

Tərəflər arasında iqtisadi vəziyyətin gərginləşməsi gözləniləndirmi? Bu halda Rusiyanın reaksiyası necə ola bilər?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva ABŞ Prezidenti Donald Trampın Rusiya ilə “iqtisadi müharibəyə” hazır olması barədə açıqlamasının mövcud gərginliyin daha da dərinləşə biləcəyinə işarə etdiyini deyib.

 

 

O bildirib ki, onsuz da davam edən sanksiyalar və məhdudiyyətlər fonunda belə bir bəyanat Moskvanın iqtisadi imkanlarını daha da sıxışdırmaq niyyətindən xəbər verir:

 

“Əgər ABŞ və onun müttəfiqləri əlavə sanksiyalar tətbiq edərlərsə, bu, Rusiyanın enerji ixracına, maliyyə sisteminə və texnologiyalara çıxışına mənfi təsir göstərə bilər. Bununla belə, Rusiyanın reaksiyası sərt ola bilər”. 

 

Politoloq əlavə edib ki, Moskva uzun müddətdir Qərbin sanksiyalarına adaptasiya olunmaq üçün alternativ iqtisadi və ticarət kanalları yaratmağa çalışır: 


“Çin, Hindistan, Yaxın Şərq və digər Asiya ölkələri ilə əlaqələri gücləndirmək bu siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Rusiya enerji resurslarını geosiyasi alət kimi istifadə etməyə davam edə bilər. Nəticədə, iqtisadi münasibətlərin daha da gərginləşməsi yalnız ABŞ və Rusiya arasında deyil, həm də qlobal bazarlarda təsirini göstərə bilər. Enerji qiymətlərində dəyişikliklər, maliyyə sabitliyində risklər və beynəlxalq ticarət axınlarında gərginlik qaçılmaz ola bilər. Trampın bu bəyanatı münaqişənin yalnız hərbi deyil, həm də iqtisadi müstəvidə genişlənə biləcəyini göstərir”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR