HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəhbəri öldürüldü

HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəhbəri öldürüldü
Kateqoriya məlum deyil
T

İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərb hissəsində radikal HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvədi öldürüb. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

 

Rəsmi açıqlamada bildirilib ki, İsrailə məxsus hərbi təyyarə Əl-Əsvədin mövqeyini hədəf alaraq onu məhv edib. Ordunun mətbuat xidmətinin məlumatına görə, Mahmud əl-Əsvəd HƏMAS-ın təhlükəsizlik aparatında əsas fiqurlardan biri olub və təşkilat üçün mühüm məlumat mənbəyi rolunu oynayıb.

 

Qeyd edək ki, son günlər Qəzza bölgəsində İsrail və HƏMAS arasında qarşıdurmalar daha da gərginləşib.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR