Elton Conun yaxtada görünüşü narahatlıq doğurdu - FOTOLAR

78 yaşlı britaniyalı rok musiqiçisi Elton Con yaxtasının göyərtəsində ictimaiyyət qarşısına çıxıb. Lakin onun görünüşü pərəstişkarlarının narahatlığına və bir sıra suallara səbəb olub.
Sfera.az bildirir ki, Elton Conun yaxtasında gəzməsi ulduzun səhhəti ilə bağlı yeni narahatlıqlara səbəb olub. Müğənni çox zəif görünüb və göyərtədə hərəkət etməkdə çətinlik çəkib.
Elton Con zəif görünürdü, əri və dostlarının köməyi ilə yavaş-yavaş addımlar atıb.
Qeyd edək ki, Elton Con bu yaxınlarda bildirib ki, 2024-cü ildə Fransaya səfəri zamanı tutduğu infeksiyadan sonra sağ gözünün görmə qabiliyyətini itirib. Onun sol gözünün görmə qabiliyyəti də əhəmiyyətli dərəcədə pisləşib.
O, bədənin digər hissələri və orqanları ilə bağlı problemlərdən də danışıb. Elton Con bu dövrü “sonuncu dövr” hesab etdiyini etiraf edir.
Sənətçi "Həyatımın son dövrüdür. Nə qədər vaxtım qalıb, bilmirəm. Yaşlaşdıqca daha çox düşünürsən. Həyatı və ölümü düşünürsən”.
Daha əvvəl isə ulduz turunu niyə bitirməli olduğunu açıqlamışdı.
"Səyahət səndən çox enerji alır. Bu, çox yorucudur. Mən buna öyrəşmişəm və bunun veteranıyam... amma ölüm haqqında düşünməyə elə buradan başlayırsan"- deyə Elton Con etiraf edib.
Qeyd edək ki, Elton Con hələ 2024-cü ilin sonlarında səhhətində ciddi problemlər, o cümlədən görmə problemləri olduğunu etiraf edib. Sənətçi övladlarının toyuna qədər yaşamayacağından narahatlığını dilə gətirib.
Aynil








