Ceki Kennedinin sonuncu sevgilisi öldü - FOTOLAR

Ceki Kennedinin sonuncu sevgilisi öldü - FOTOLAR
Kateqoriya məlum deyil
T

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin dul həyat yoldaşı Jaklin (Ceklin) Kennedi Onassisin sonuncu sevgilisi Moris Tempelsman 95 yaşında dünyasını dəyişib.

Sfera.az bildirir ki, Tempelsman Belçika əsilli amerikalı zərgərlik maqnatı idi. O, sərvətini Afrikanın Qızıl Sahilindən almaz sataraq qazanırdı.
 

Lakin o, daha çox 1994-cü ildə ölümünə qədər qoruduğu və qayğısına qaldığı Kennedi Onassis ilə münasibəti ilə tanınır.
 

Belçika əsilli amerikalı almaz maqnatı Moris Tempelsman vəfat edənə qədər ABŞ-ın keçmiş birinci xanımının on il sevgilisi olub.
 

Tempelsman Demokratik Partiyanın əsas donoru idi, təkcə 1990-cı illərdə təxminən 500.000 dollar bağışlayıb. O, Massaçusetsdən senator olarkən tanış olduğu Ceklinin mərhum əri, prezident Con Kennedi də daxil olmaqla, Demokrat liderlərlə sıx əlaqələr saxlayıb.
 

Təxminən 30 il bir-birlərini tanımalarına baxmayaraq, Tempelsman və keçmiş birinci xanım yalnız həyatının son on ilində yaxın olublar.
 

1975-ci ildə ikinci əri, Yunan gəmiçilik maqnatı Aristotel Onassisin ölümündən sonra Tempelsman Kennedi Onassisin maliyyə müşaviri oldu. Tempelsmanın Ceklinin 26 milyon dollarlıq mirasını dörd dəfə artırdığı bildirilir.
 

Tempelsman güclü iş adamı və siyasi donor olsa da, onun şəxsi həyatı haqqında çox az şey məlumdur. O, özünün və Ceki Kennedinin məxfiliyini çox qoruyurdu, Central Parkda gəzərkən belə onları çəkən fotoqraflar Temelsmandan çəkinirdi.
 

1993-cü ildə Ceki Kennedi ağır xəstələndikdən sonra Mauris ofisini birgə yaşadıqları mənzilə köçürdüb.
 

Ceklin 1994-cü ildə 64 yaşında vəfat edəndə onun çarpayısının yanında da məhz Tempelsman olub. Nyu Yorkda və Arlinqton Milli Qəbiristanlığında onun dəfn mərasimində uşaqlarının yanında dayanırdı.

Qeyd edək ki, Ceki Kennedi iki dəfə evlənib.
 

Nasistlərin zülmündən xilas olmaq üçün 1940-cı ildə ortodoks yəhudi ailəsi ilə Antverpendən Nyu Yorka mühacirət edən Mauris Tempelsman karyerasına almaz brokeri olan atasının yanında işləməklə başlayıb.
 

Kennedi administrasiyasının məxfiliyi ləğv edilmiş sənədlərinə görə, Tempelsmanın Soyuq Müharibə zamanı Afrika siyasətinə qarışdığı iddia edilir.
 

O, bəzən Afrikanın azadlıq hərəkatlarını dəstəkləsə də, eyni zamanda sosialist liderlərin devrilməsinə rəhbərlik edib. Qanada və o zamanlar Zair kimi tanınan Konqo Demokratik Respublikasında biznesə uyğun avtoritar rejimlərin qurulmasına kömək edib.
 

Tempelsmanın 1949-cu ildə evləndiyi, lakin Ceki Kennedi ilə münasibəti başlamazdan çox əvvəl ayrıldığı Lilli Bukoltsla evliliyindən üç övladı qalıb. Oğlu Leon və qızları Rəna və Marsidən başqa, onun altı nəvəsi və yeddi nəticəsi var. Tempelsman avqustun 26-da Nyu Cersidə dəfn edilib.

 

Xanım

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR