Ərdoğanı nar suyu ilə zəhərləmək istəyiblər
Kateqoriya məlum deyil
FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, şahidin ifadəsində: "Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyib Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib", - dediyi ortaya çıxıb.
Qeyd edək ki, Mahir Keçə FETÖ üzvü olmaqda ittiham olunaraq avqustun 28-də saxlanılıb. Eyni zamanda, 17-25 dekabr çevriliş cəhdindən sonra dərnək üzvlərini iqtidara qarşı təşkilatlandırdığı məlum olub.






