“Green Card” üçün müraciətlər nə zaman başlayacaq?

"Green Card" üçün müraciətlər nə zaman başlayacaq?
Kateqoriya məlum deyil
T

ABŞ-də yaşamaq və işləmək hüququ qazanmaq istəyənlər üçün “Green Card” (DV Lottery) müraciətləri hər il olduğu kimi bu il də maraqla gözlənilir. ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən proqram, dünyanın bir çox ölkəsindən, o cümlədən Azərbaycandan minlərlə müraciət qəbul edir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 2025-ci il “Green Card” müraciətləri oktyabrın ilk həftəsində başlayacaq və noyabrın ilk həftəsinə qədər davam edəcək.

 

Müraciətlər yalnız ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsi “dvprogram.state.gov” vasitəsilə pulsuz həyata keçirilir.
Müraciət edən şəxslər formaları səhvsiz və tam doldurmalıdır. Müraciətlərin nəticələri isə may 2026-da açıqlanacaq və nəticələr yalnız rəsmi sayt üzərindən yoxlanıla bilər.


Proqramın dəqiq tarixləri sentyabr ayında elan olunacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR