Makronu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər

Fransada “Təslim olmayan Fransa” (LFI) partiyası 2025-ci ilin 23 sentyabrında Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə partiyanın lideri Jan-Lük Melanşon “France Inter” radiostansiyasının efirində açıqlama verib.
“Bir il əvvəl prezidentin istefası məsələsini qaldırmışdıq və indi sentyabrın 23-də bu təşəbbüsü yenidən irəli sürəcəyik. Məqsədimiz Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etməkdir”, – Melanşon qeyd edib.
Qeyd edək ki, 2024-cü ildə “Təslim olmayan Fransa” Makrona qarşı impiçment prosedurunu başlatmış, lakin bu, uğursuz olmuşdu. Həmin vaxt Milli Assambleyanın qanunvericilik komissiyası prezidentin hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnaməni 15 səs lehinə, 54 səs əleyhinə olmaqla rədd etmişdi.
Fidan Hacızadə
Sfera.az






