"Kiyev istənilən görüşə hazırdır" - Ukrayna XİN

"Kiyev istənilən görüşə hazırdır" - Ukrayna XİN
Kateqoriya məlum deyil
T

"Kiyev sülh naminə liderlər səviyyəsində görüşlərə istənilən formatda və məkanda hazırdır". 

 

Sfera.az “TASS”agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa bildirib. Nazir bu fikirləri Avropa ölkələrinin xarici işlər nazirləri və ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra “X” platformasında paylaşıb.

 

“Ukraynanın sülhə doğru gələcək addımlar atmağa hazır olduğunu təsdiqlədim. Biz istənilən formatda və coğrafi məkanda liderlər səviyyəsində görüşlərə açığıq”, – Sıbıqa qeyd edib.

 

Xatırladaq ki, avqustun 15-də ABŞ-nin Alyaska ştatındakı Elmendorf-Rişardson hərbi bazasında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub. Sammitdən sonra Putin Ukrayna münaqişəsinin nizamlanmasının əsas müzakirə mövzusu olduğunu açıqlayıb.

 

Bundan üç gün sonra, avqustun 18-də, Tramp Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşüb, həmçinin Putinə də telefon zəngi edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp Moskva ilə Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə dəstək veriblər və bu dialoqun səviyyəsinin yüksəldilməsi imkanını da nəzərdən keçiriblər.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə daha sonra bəyan edib ki, əgər danışıqlar vicdanlı aparılarsa və ABŞ Avropanın “döyüşkən kampaniyasına” cəlb olunmazsa, Moskva Ukrayna ilə bağlı istənilən formatda müzakirələrə hazırdır.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR