Uçuş üçün çox ağır olub: 20 sərnişin təyyarədən məcburi endirildi

Uçuş üçün çox ağır olub: 20 sərnişin təyyarədən məcburi endirildi
Kateqoriya məlum deyil
T

“British Airways” təyyarəsi Florensiyanın Ameriqo Vespuççi hava limanından London şəhərinə uçmalı idi. Həmin gün hava təxminən 35 dərəcə olub, belə halda təyyarənin səmərəli işləməsi üçün əlavə yanacaq tələb olunur. Problemi hava limanının Londondakı kiçik uçuş-enmə zolağı daha da dərinləşdirib.
 

Sfera.az bildirir ki, aerodromun unikal xüsusiyyətlərinə, qısa uçuş-enmə zolağına və hava təzyiqinə təsir edən ekstremal temperaturlara görə, təyyarənin çəkisi azaldılmalı olub.
 

Belə ki, avqustun ilk ongünlüyündə İtaliyanı vuran həddindən artıq istilər səbəbindən havanın sıxlığı azalıb və təyyarənin kruiz hündürlüyünə çatması üçün daha çox yanacaq tələb olunub. Məhz buna görə əlavə sərnişinlər “bayıra itələməli olub”.
 

Aviaşirkət əvvəlcə sərnişinlərə 36 nəfərin endirilməli olduğunu bildirsə də, sonda yalnız 20-yə yaxın adamı yola salıb üzr istəməli olublar.
 

Reading Universitetinin aviasiya mütəxəssisi Dr Jonny Williams qeyd edib ki, kiçik hava limanları açıq şəkildə isti yay günlərində yüklərini azaltmalı olacaqlar.
 

Onun sözlərinə görə, əvvəllər yayda bir dəfə müşahidə edilən bu cür hallar son 2-3 ildə iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verəcək və demək olar ki, hər gün müşahidə olunacaq. Eyni zamanda, İspaniya, İtaliya və ya Yunanıstana uçuşlar bahalaşa bilər, çünki təyyarələr daha az adam daşımağa məcbur olacaq.

 

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR