Dərbənddə qidadan kütləvi zəhərlənmə baş verib

Kateqoriya məlum deyil
T
Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonundakı istirahət mərkəzində 30-a yaxın insan qidadan zəhərlənib.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Dərbənd rayonundakı "Rubas" istirahət mərkəzində qidadan zəhərlənmə hadisəsi baş verib. 25-i uşaq olmaqla, 28 zərərçəkən barədə məlumat daxil olub", - deyə bildirilib.






