Kadırovun 17 yaşlı oğluna yeni mükafat verildi

Kateqoriya məlum deyil
T
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu, respublikanın Təhlükəsizlik Şurasının katibi postunu tutan Adam Kadırov yeni mükafat alıb.
Sfera.az xəbər verir ki, bu barədə Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.
Kiçik Kadırov “Çeçenistan Respublikasının müdafiəçisi” medalı ilə təltif edilib. Adam Kadırova mükafatı Çeçenistanın daxili işlər naziri Aslan İrasxanov təqdim edib.
Qeyd edək ki, bu, Kadırovun oğlunun ilk mükafatı deyil: o, bir sıra orden və medallarla, o cümlədən Rusiyanın “Əmək şücaəti” ordeni, Çeçenistan Qəhrəmanı adı, “İslam dininə xidmətə görə” ordeni və s. ilə təltif edilib.






