Zelenski Putin və Kelloqla görüşmək niyyətindədir

Zelenski Putin və Kelloqla görüşmək niyyətindədir
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloq ilə mümkün görüşün təşkili üzərində iş aparır. 

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qar Stere ilə birgə keçirdiyi brifinq zamanı məlumat verib.

 

Ukrayna və ABŞ rəsmilərinin bu həftə görüşərək məsələləri, o cümlədən potensial təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyi gözlənilir. Zelenski daha əvvəl bildirib ki, atəşkəsin əldə olunması, Rusiya lideri ilə potensial görüşün uğurlu keçməsi üçün vacibdir. O qeyd edib ki, atəşkəs olmasa, gələcək danışıqlarda nəticə əldə etmək çətin olacaq.

 

Həmçinin, Ukrayna lideri vurğulayıb ki, Ukrayna və ABŞ Rusiya ilə danışıqlar üçün Amerika qrupunun tərkibi barədə razılığa gəliblər. Qrupa ABŞ dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiven Uitkoff və vitse-prezident J.D. Vens daxildir.

 

Xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl Zelenski ilə Putin arasında görüş üçün lazım olan şərtləri açıqlamışdı.

 

Bu addımlar Ukrayna-Rusiya dialoqunun gələcək perspektivlərinə dair mühüm siqnallar hesab olunur.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR