Trampın İsrailə səfərinin vaxtı açıqlandı

Trampın İsrailə səfərinin vaxtı açıqlandı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın dekabrda İsrailə səfər edəcəyi gözlənilir. 


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, bu, Trampın ikinci prezidentlik dövründə İsrailə edəcəyi ilk rəsmi səfər olacaq.


Xatırladaq ki, Tramp birinci dönəmində – 2017-ci ilin mayında İsrailə iki günlük səfər edib, Baş nazir Benyamin Netanyahu, o zamankı prezident Reuven Rivlin və Fələstin rəhbəri Mahmud Abbasla görüşmüşdü.


2025-ci ilin may ayında isə Tramp Yaxın Şərqə ikinci müddətinin ilk səfərini edib, lakin həmin səfərə İsrail daxil edilməmişdi.


Tramp və Netanyahu bu il ərzində Ağ Evdə üç dəfə görüşüblər. Fevral görüşündə Tramp Qəzza üçün təxliyə planını açıqlamış, tərəflər daha sonra aprel və iyulda yenidən bir araya gəlmişdilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR