Qəzzada aclıq pik həddə ÇATIR - VİDEO

Qəzzada aclıq pik həddə ÇATIR - VİDEO
Kateqoriya məlum deyil
T

Qəzza sektorunda aclıqdan artıq 289 nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
 

Qurumun məlumatına görə, son sutkada qida çatışmazlığından daha 8 nəfər dünyasını dəyişib.

 

Bundan bir gün əvvəl BMT ilk dəfə olaraq Qəzzada fəlakətli aclığı təsdiqləmişdi.
 

Qeyd edək ki, sektordakı vəziyyət ərzaq təhlükəsizliyi şkalası (IPC) üzrə beşinci – ən ağır səviyyəyə çatıb. Bu kateqoriya üç kritik göstəriciyə əsasən verilir: ərzağın kəskin çatışmazlığı, ağır qidalanma çatışmazlığı və aclıqdan ölüm halları.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR