Ukrayna ordusu 3 kəndi rus işğalından AZAD ETDİ


Ukrayna ordusu 3 kəndi rus işğalından <span style="color:#ff0000">AZAD ETDİ</span>
Kateqoriya məlum deyil24.08.25, 19:07485 👁️
T

Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

 

“Qoşunlarımız uğurlu əks-hücum həyata keçirib və Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeleniy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər”, - o, telegram kanalında yazıb.

 

Onun sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyət ağırdır, düşmən qüvvəsini cəbhənin bu hissəsində cəmləyib.

 

"Lakin biz xətti tutmalıyıq. Döyüş əməliyyatlarının təşkilində yardım göstəriləcək. Əlavə döyüş sursatları, pilotsuz uçuş apartları və elektron döyüş texnikası ilə bağlı məsələlər həll olunub".

PAYLAŞ
Sehliyali
Yüklənir...