Fransada əyləncə parkının direktoru həbs olundu

Fransada uşaqlar əyləncə və macəra ilə dolu bir gün keçirmək istəyiblər, lakin 150 uşaq üçün intizar birdən sona çatıb. Pireneydəki əyləncə parkının giriş qapısında İsraildən olduqları üçün uşaqlariçəri buraxılmayıblar.
Sfera.az bildiri ki, hadisə “Parcours aérien Tyrovol” parkında baş verib 8-16 yaş arası uşaqlar xoş intizar hissi ilə zipline attraksionuna minməyə hazırlaşıblar. Lakin məlum olub ki, indi irqi ayrı-seçkiliyə görə mühakimə olunacaq direktor onlara girişi qadağan edib.
İspaniyadan bir qrup uşaq əvvəlcədən bilet almış əyləncə parkına gəlib. Lakin 52 yaşlı direktor bunu “şəxsi əqidələri” ilə izah edərək, sonra fırtına ilə bağlı arqumentlər gətirərək, onların içəri girişinə qadağa qoyub.
Direktor özü hər hansı bir qanun pozuntusunu rədd edir. Lakin bu hadisə Fransada və xaricdə hiddət dalğasına səbəb olub. Həmin şəxs həbs edilib və medianın məlumatına görə, onu dini-irqi ayrı-seçkiliyə görə 3 ilə qədər həbs cəzası gözləyir. Fransanın daxili işlər naziri Bruno Retaillo vəziyyəti ciddi adlandırıb və vəziyyətin ciddiliyini əsas gətirərək nəzarətdə saxlanılacağını bildirib.
Qeyd olunur ki, əyləncə parkındakı insident Fransada antisemitizmin rekord həddə çatması fonunda baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə 2025-ci ilin ilk 5 ayı ərzində ölkədə 504 antisemitizm hadisəsi qeydə alınıb ki, bu da bir il əvvəl qeydə alınandan 2 dəfə çoxdur.
KİV-in məlumatına görə, uşaqlara giriş qadağan edildikdən sonra qrup başqa əyləncə məkanına gedib və orada heç bir problem olmayıb.
"Uşaqların əyləncə parkına girməsini qadağan edən nifrəti izah etməyə kim söz tapa bilər? Bu hərəkət siyasətin tənqidi deyil, İsrailə qarşı şiddətli nifrətin ifadəsidir, uşaqlara qarşı ayrı-seçkilik bəhanəsi kimi, qurumlar 3000 kilometr uzaqlıqdakı münaqişədən istifadə edir.
Aynil






