Türkiyədə ağır yol qəzası: 4 nəfər ölüb

Kateqoriya məlum deyil
T
Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.






