Duk Zelenski ilə danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Niderlandın Baş nazirinin vəzifələrini icra edən Dik Shoof arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə “X”də paylaşım edib.
O bildirib ki, Rusiya sülh istiqamətində heç bir iradə nümayiş etdirmir, buna görə də mövqeyini dəyişməyə məcbur etmək üçün təzyiq göstərilməli və bütün məsələlər ən yüksək səviyyədə müzakirə edilməlidir. Shoof ilə dialoq zamanı Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərini də gündəmə gətirib.
“Hazırda Ukrayna, ABŞ və Avropa tərəfdaşlarından ibarət komanda bu mexanizmin əsas prinsipləri üzərində işləyir. Yaxın günlərdə yekun sənəd hazır olacaq. Biz həmçinin Niderlandın bu prosesdə rolunun artırılması və təhlükəsizliyin təminatına dəstək imkanlarını müzakirə etdik”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, tərəflər həmçinin Ukraynada müdafiə sənayesinə sərmayələr, ortaq layihələr və qarşıdakı görüşlər barədə fikir mübadiləsi aparıblar.
Fidan Hacızadə
Sfera.az






