NATO ölkələri ötən il Ukraynaya 50 milyard dollar yardım edib

NATO ölkələri ötən il Ukraynaya 50 milyard dollar dəyərində silah və hərbi yardım göstərib.
Sfera.az xəbər verir ki, bu barədə alyansın Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ümumi hərbi yardımın 99%-i məhz NATO ölkələri tərəfindən təmin olunub və 2024-cü ilə qədər bu rəqəm 50 milyard dollara çatıb. Draqone vurğulayıb ki, alyans yardımı davam etdirmək və hətta artırmaq niyyətindədir.
NATO baş katibi Mark Rutte də daha əvvəl bəyan etmişdi ki, alyans Rusiya ilə münaqişə bitdikdən sonra da Ukrayna Silahlı Qüvvələrinin inkişafında fəal iştirak edəcək. Onun sözlərinə görə, hazırda Ukrayna ordusuna yalnız müharibədə dayanmaq üçün deyil, həm də gələcəkdə sülh sazişindən sonra inkişaf etmək üçün dəstək göstərilir.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Rusiya ərazisində Tümen və Murmansk istiqamətlərini vura biləcək raketlərin verilməsini tələb etmişdi.
Fidan Hacızadə
Sfera.az






