9 ay hamilə olduğunu anlamadan otelin tualetində körpə dünyaya gətirdi

Helen Green adlı qadın Kanadada tətildə olarkən həyatının ən böyük sürprizini yaşayıb. Doqquz ay ərzində heç bir hamiləlik əlaməti olmayan Qrin otel otağının hamamında qəfil doğum edib. Heyrətə düşən ailə yeni doğulan körpəsi ilə birlikdə unudulmaz tətil keçirib.
Sfera.az bildirir ki, İngiltərənin Bristol şəhərindən olan 45 yaşlı Helen Qrin və əri Maykl 10 günlük tətili zamanı həyatlarının ən böyük sürprizini yaşayıblar.
Helen doğuşdan bir neçə dəqiqə əvvəl hamilə olduğunu öyrənib və otelin vanna otağında üçüncü uşağını dünyaya gətirib.
Mayın 21-nə keçən gecə, ailə Torontodakı oteldə yatmağa getdikdən bir neçə saat sonra Helen qarın ağrısı ilə oyanıb.
Hamama doğru qaçan Helen şokunu izah edərək:
"Bədənim tamamilə kontrolu öz üzərinə götürdü. Mən bilmədən körpə iki böyük itələmə ilə dünyaya gəldi. Onu unitazdan çıxarıb qucağımda tutdum" -deyir.
Maykl isə ağlama səsinə oyanıb və qarşısında yeni doğulmuş körpə görüb. O dərhal ilk tibbi yardım çağırıb. Təcili yardım briqadaları dərhal gəlib və ana və körpəni Sinay dağı xəstəxanasına aparıblar.
Gizli Hamiləlik: Simptomsuz 9 Ay
Həkimlər Helenin "gizli hamiləlik" yaşadığını elan ediblər. Bu vəziyyət hamilə olduqlarını bilmədən menstruasiya dövrü yaşayan qadınlar üçün bilinir. Helen daha əvvəl menopauza girdiyinə inanaraq və müntəzəm dövrlər yaşayırdı.
Əvvəlki iki hamiləliyində qarnında böyük şişkinliklər yaşayan Helen bu dəfə heç bir əlamət görmədiyini deyir:
"Hamilə olduğumdan xəbərim yox idi. İşə gedirdim, idman edirdim, eyni paltarları geyinirdim, hər şey normal idi".
Doğuşdan sonra ailə 11 həftəlik qızlarına Olivia adını veriblər
Doğuş zamanı ona kömək edən tibb bacılarından birinin şərəfinə bu adı seçiblər. Helen:
Sanki həmişə həyatımızda olub. O gəldiyi andan hər şey tamamlandı; biz çox xoşbəxtik"-deyə bildirib.
Maykl Qrin hələ də təcrübəsini "sürreal" kimi təsvir edir: "Bu, tamamilə çılğın vaxt idi. Amma o qədər xoşbəxtlik gətirdi ki..."
Aysel












