Məşhur teleaparıcı canlı yayımda öldü - VİDEO

Fransa sosial medianın ən tanınmış yayımçılarından birinin faciəvi ölümündən şoka düşüb. Daha çox Jeanpormanove kimi tanınan Rafael Qraven Nitsanın şimalındakı Kontes qəsəbəsindəki evində canlı yayım zamanı dünyasını dəyişib. 46 yaşlı yayımçı ifrat çağırışlara əsaslanan məzmunu ilə tanınırdı.
Sfera.az bildirir ki, teleaparıcı canlı yayım zamanı yuxuda ölüb, dostu isə sağ olub-olmadığını yoxlamaq üçün ona tərəf su butulkası atıb.
Yerli mətbuatın yazdığına görə, Qraven verilişlərində arabir zorakılığa məruz qalıb və günlərlə yuxusuz qalıb. Onun son verilişində yatarkən ölümü həm tamaşaçıların, həm də səlahiyyətlilərin böyük narahatlığına səbəb olub.
Fransanın Rəqəmsal Texnologiyalar Nazirinin müavini Klara Çappaz hadisələri dəhşət adlandırıb və Qravenin aylardır alçaldıldığını deyib. Fransanın Uşaqlar üzrə Ali Komissarı Sarah El Haïry:
"Platformalar məzmunu mülayimləşdirməlidir. Uşaqlarımız bu zorakı məzmuna məruz qalmamalıdır" - deyə bildirərək ailələri sayıq olmağa çağırıb.
Canlı yayım platforması Kick də bəyanat yayaraq, "Jeanpormanovenin itkisinə görə dərindən kədərlənirik. Ailəsinə, dostlarına və ictimaiyyətə başsağlığı veririk"-bildirib. Şirkət hadisənin bütün təfərrüatlarını təcili olaraq araşdırdığını açıqlayıb.
Bir milyondan çox izləyicisi olan Jeanpormanovenin ölümü sosial mediada geniş narahatlıq yaradıb. Onun yayım partnyoru Naruto “İnstaqram” səhifəsində Qraveni yad edərək, onu “qardaşım, ortağım” adlandırıb və ölümünün görüntülərinin paylaşılmamasını istəyib. Başqa bir yayımçı Owen Cenazandotti də “Onun son nəfəsinin videolarını paylaşmayın” deyərək oxşar çağırış edib.
Prokurorluq ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma aparılacağını açıqlayıb.
Aysel






