Qalstyanın həbs müddəti uzadıldı

Qalstyanın həbs müddəti uzadıldı
Kateqoriya məlum deyil
T

İrəvan məhkəməsi “terror aktı hazırlamaq və hakimiyyəti ələ keçirməyə cəhd” işində ittiham olunan iş adamı Tiqran Qalstyanın həbs müddətini üç ay uzadıb.

 

Sfera.az xəbər verir ki, hakim Karen Farxoyan Qalstyanın istintaqa müdaxilə riskinin yüksək olduğuna qərar verib və bu səbəbdən prokurorun vəsatətini təmin edib.

 

Qalstyan qeyd edib ki, ömrü boyu heç vaxt cinayət işində iştirak etməyib. O, həmçinin ittiham tərəfinin qaça biləcəyi və ya istintaqa mane ola biləcəyi ilə bağlı arqumentləri ilə razılaşmadığını bildirərək, dörd azyaşlı övladının olduğunu məhkəməyə xatırladıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR